"İşlər qaydasında getsə, I divizionda iştirak edəcəyik"

"Şahdağ"ın idman direktoru Vahid Həşimov klubun yeni planlarından danışıb.


Sportinfo.az xəbər verir ki, o, növbəti mövsümdən I Diviziona qayıtmaq istədiklərini bildirib:

 

"Son mövsüm AFFA tərəfindən ilk dəfə olaraq keçirilən Region Liqasında mübarizə apardıq. Bu turnirdə iştirakımız komandanın tam dağılmamasında böyük rol oynadı.

 

Hamımıza məlumdu ki, komandamızın baş sponsoru "Azenko" ASC-di. "Azenco" rəhbərliyinə çətin mövsümdə bizə göstərdiyi dəstəyə görə minnətdarıq. Hal-hazırda qarşımızda böyük hədəflər var.

 

Birinci növbədə klubun infrastrukturunu yaxşılaşdırmağı, akademiyanın qurulmasını planlaşdırmışıq. Artıq stadionun tikintisinə başlanılıb. Komandanın aşağı yaş qrupları da bərpa olunub. Bu mövsüm I divizionu hədəfləmişik.

 

İşlər qaydasında getsə, I divizionda iştirak edəcəyik. Divizionda iştirakımız görəcəyimiz işlərdən asılıdı. Əminik ki, AFFA və PFL lazım olan dəstəyi əsirgəməyəcək bizə.

 

Hər iki tərəflə əlaqələrimizdə heç bir problem yoxdu. Bütün futbol camiəsinə, azarkeşlərimizə yeni mövsümdə tam fərqli "Şahdağ" görəcəklərinə söz veririk".

Tarix: 14 İyun 18:48    Oxunub: 701    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.