Fürsət yaransa, "Qarabağ" 11 legioner alacaq – TRANSFER BAZARLIĞI

Çempionlar Liqasında I mərhələdən mübarizəyə başlaması səbəbindən yeni mövsümün hazırlıqlarına erkən start verən «Qarabağ» hərtərəfli transfer baarlığı edəcək.


Bu barədə Sportinfo.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.


Onun sözlərinə görə, baş məşqçi Qurban Qurbanovun fikri bütün mövqelər üzrə yeni futbolçular almaqdı:

 

«Hər xətdə güclənməyə ehtiyac var. Transfer siyahısı kifayət qədər genişdi. Məqsədimiz ardıcıl ikinci il qitənin ən reytinqli klub turnirinə vəsiqə qazanmaqdı.

 

Ona görə də səviyyəli futbolçularımızın sayını bir qədər də artırmaq istəyirik. Transfer çalışmalarının nə vaxt və necə nəticələnəcəyini bəribaşdan deyə bilmərəm. Bunun üzərində ciddi iş gedir».

 

Tarix: 14 İyun 14:00    Oxunub: 795    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.