Azərbaycanda işlədi, İtaliyada çempion oldu - FOTO

2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun baş məşqçisi olan Tino Perez İtaliya çempionu olub.

 

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının "facebook" səhifəsinə istinadən xəbər verir ki, İtaliyanın “Akua e Sapone” komandasını çalışdıran təcrübəli mütəxəssis ölkəmizdən sonra növbəti titulunu qazanıb.

 

Onun rəhbərliyi altında komandası pley-off seriyasında “Luparense”ni qabaqlayıb. Bununla da Çempionlar Liqasında iştirak edəcək 54-cü komandanın adı dəqiqləşib.

 

Ümumilikdə 59 komandanın yarışacağı liqada 5 ölkənin - Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteynin təmsilçiləri hələ dəqiqləşməyib.

 

Azərbaycan çempionu “Araz” mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin matçları oktyabrın 2-dən 7-dək keçiriləcək.

Tarix: 14 İyun 13:48    Oxunub: 212    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.