Tramp İran millisinin ayaqqabılarını əlindən aldı

ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyaları İran milli komandasını pis vəziyyətdə qoyub.

 

Sportinfo.az xəbər verir ki, komanda dünya .empionatında “Nike” şirkətinin butslarını geyinə bilməyəcək.

 

Çempionatın başlanmasına sayılı günlər qalmış futbol komandaları forma və butslarından tutmuş, məşq alətlərinə qədər hər ehtiyacını tədarük edən “Nike” şirkəti İranın millisini məhsulla təmin etməkdən imtina edib.

 

Buna səbəb ABŞ-ın İranla əldə etdiyi nüvə razılşamasından çəkilməsi və bundan sonra tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi olub.

 

Komandanın baş məqşçisi Karlos Queriroz isə şirkətə sərt reaksiya verib. O bildirib ki, futbolçular məşqlər zamanı öz əşyalarına uyğunlaşırlar, buna görə də bu qədər vacib oyunlardan bir həftə öncə onların əşyalarını dəyişmək doğru deyil. Məşqçi qeyd edib ki, bu mövzuda FİFA-ya müraciət edəcəklər.

 

Şirkət daha öncə verdiyi açıqlamada “Ağ Evin tətbiq etdiyi sanksiyalar bir Amerika şirkəti olaraq, hazırda İran milli komandasına ayaqqabı satmayacağımız anlamına gəlir” ifadələrini işlətmişdi. İran millisinin formaları isə “Nike” şirkətinin əsas rəqibi sayılan Almaniya şirkəti “Adidas” tərəfindən təmin edilir.

Tarix: 14 İyun 13:36    Oxunub: 261    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.