Məğlub edilən rəqibimiz: "Azərbaycan problem yaşayırdı..."

"Azərbaycanla oyunu əks-hücum üzərindən qurmuşduq.

 

Müdafiədə vəziyyəti düzəldib, sürətli hücumlar planlaşdırırdıq, lakin istəyimiz bu dəfə baş tutmadı".

 

Sportinfo.az xəbər verir ki, bunu Latviya yığmasının müdafiəçisi Vladislav Qabov deyib.

 

Yerli mətbuata açıqlama verən 31 yaşlı futbolçu Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşünü dəyərləndirib. O, məğlubiyyəti komanda şəklində buraxılan səhvlərlə əlaqələndirib:

 

“Müdafiədə rəqibin təhlükəli əks-hücumları ilə üzləşdik. Hesabda geri düşdükdən sonra isə geridə otura bilməzdik və bu, hesabın daha da artmasına səbəb oldu. Biz qol vurmaq istəyirdik, Azərbaycan vurdu.

 

Məsələ təkcə qapıçının səhv etməsində deyil. Oyun ərzində çox səhvlərə yol verdik. Hər səhv isə futbolçuda özünəinamı azaldır. Təkcə qapıçı yox, bütün komanda səhvlər etdi”.

 

Riqada keçirilən Latviya – Azərbaycan qarşılaşması millimizin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Qabov yığmamızı bir neçə gün əvvəl Baltik kubokunda qarşılaşdıqları Estoniya ilə də müqayisə edib:

 

“Mənim fikrimcə, Estoniyanın daha çox hücum etmək şansı var idi, topa nəzarət onlarda idi. Hücumun keyfiyyəti komandanın topla oynamasından asılıdı. Azərbaycan isə hücuma çıxmaqda problem yaşayırdı”.

Tarix: 14 İyun 13:12    Oxunub: 229    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.