Millinin məşqçiləri onun karyerasını riskə atmaq istəmədi

Meksika millisi DÇ-2018-in startı ərəfəsində itki ilə üzləşib.

 

Sportinfo.az xəbər verir ki, komandanın müdafiəçisi Dieqo Reyesin mundialda iştirak etməyəcəyi dəqiqləşib.

 

“Portu”nun üzvü iyunun əvvəllərində dizindən zədə almışdı. Onun tezliklə sağalacağına ümid bəslənilsə də, millinin məşqçilər heyəti futbolçunun karyerasını riskə atmaq istəməyib.

 

Onun yerini iştirak ərizəsində “Paçuka”nın yarımmüdafiəçisi Erik Qutyerres tutacaq. DÇ-2018 14 iyun-15 iyul aralığında Rusiyada keçiriləcək. Meksika millisi Almaniya, Cənubi Koreya və İsveçlə eyni qrupda mübarizə aparacaq.

Tarix: 14 İyun 11:24    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.