“Neftçi” məşhur yeni sponsoru ilə 1 illik müqavilə imzaladı

“Neftçi” ilə “Türk Hava Yolları” şirkəti arasında gələcək əməkdaşlıq haqqında ilkin razılıq protokolu imzalanıb. 

 

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytı bununla bağlı məlumat yayıb.

 

Yaxın günlərdə tərəflər arasında 1 illik rəsmi müqavilənin imzalanma mərasimi keçiriləcək və bu haqda geniş məlumat veriləcək.

 

110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edən "Türk Hava Yolları” Avropanın ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb.

 

İspaniyanın "Barselona”, İngiltərənin "Mançester Yunayted”, Almaniyanın "Borussiya” (Dortmund), Ukraynanın "Şaxtyor” kimi məşhur klublarına sponsorluq etmiş şirkət Türkiyənin 4 böyük klubu – "Qalatasaray”, "Beşiktaş”, "Fənərbaxça” və "Trabzonspor”la da əməkdaşlıq edir.

Tarix: 14 İyun 09:24    Oxunub: 311    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.