Türkiyəli tanınmış hakim DÇ-nın hansı oyununa təyinat aldı?

Rusiyada keçiriləcək dünya çempionatında növbəti üç oyunun hakim təyinatları açıqlanıb. 

 

Sportinfo.az xəbər verir ki,  A qrupunda baş tutacaq Misir-Uruqvay matçı hollandiyalı hakimlər briqadasına tapşırılıb.

 

Oyunun baş hakimi Byorn Kyupers olacaq. Ona Sander Van Rokel və Ervin Zeynstra kömək edəcək. 

 

B qrupunda baş tutacaq Portuqaliya-İspaniya qarşılaşmasını isə italiyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Canluka Rokki, köməkçiləri isə Elenito di Liveratore və Mauro Tonolini olacaq. 

 

B qrupunun digər oyunu - Mərakeş-İran görüşü türkiyəli hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi Cüneyt Çakır, yan xətt hakimləri isə Bahattin Duran və Tarık Orgun olacaq.

 

Hər üç qarşılaşma iyunun 15-i baş tutacaq. Misir-Uruqvay görüşü Bakı vaxtı ilə saat 16:00-da, Portuqaliya-İspaniya görüşü saat 22:00-da, Mərakeş-İran görüşü isə saat 19:00-da başlanacaq. 

Tarix: 14 İyun 08:48    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.