Yeniyetmə güləşçilərimiz Macarıstandakı qitə birinciliyində

15-17 iyunda Macarıstanın Györ şəhərində yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, bu yarışda sərbəst və yunan-Roma güləşi üzrə komandalarımız iştirak edəcəklər.

 

İlk olaraq “sərbəstlər” xalça üzərinə çıxacaqlar. Məşqçi Namiq Quliyevin rəhbərliyi ilə Əbdül Abdullayev, İbrahim Musayev (hər ikisi – 38 kq), Cavid Cavadov (41 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq), Riyad Aslanov (52 kq), Məmməd Əhmədov, Məhəmmədəli Quliyev (57 kq), Məmmədəli Əliyev (62 kq), Fuad Yunusov (68 kq) və Varis Mehdizadə (75 kq) ölkəmizi təmsil edəcək.

 

Məşqçi Əfsər Namazəliyevin rəhbərliyi ilə “klassiklər”də Rəşad Həsənli, Zamiq Kərimov (hər ikisi – 41 kq), Alim Balaşlı, Cavidan Məmmədli (44 kq), Teymur Əhmədli (48 kq), Elmir Əliyev (52 kq), Fərid Zeynalabdinov, Xanəhməd Zeynalov (62 kq), Əli Əlizadə (68 kq) və Emil Əmiraslanov (85 kq) yer alıblar.

 

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurlu və Əli Babayev təmsil edəcək.

 

Onlar həmçinin, beynəlxalq dərəcəli hakimlik adı almaq üçün Dünya Güləş Birliyinin təşkil etdiyi kursa qatılacaq, nəzəri və praktiki imtahanda iştirak edəcəklər.

Tarix: 14 İyun 08:12    Oxunub: 113    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.