Filippo İnzaqi A Seriyası klubuna baş məşqçi təyin olundu

“Bolonya”nın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Filippo İnzaqi çalışdıracaq.

 

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, İnzaqi ilə 2020-ci ilin 30 iyul tarixinə kimi müqavilə imzalanıb.

 

O, bu postda mövsüm başa çatandan sonra istefaya göndərilən Roberto Donadonini əvəz edib. “Bolonya” geridə qalan mövsümdə A Seriyasını 39 xalla 20 iştirakçı arasında 15-ci pillədə başa vurub.

 

İnzaqiyə gəlincə, məşqçilik karyerasına “Milan”da start verən gənc mütəxəssis 2016-2018-ci illər aralığında da “Venetsiya”nı çalışdırıb. Onun qardaşı Simone İnzaqi isə A Seriyasının digər təmsilçisi “Latsio”nun baş məşqçisidi.

Tarix: 14 İyun 00:50    Oxunub: 225    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.