Bakı klubunda 7 müqavilə

Azərbaycan Kubokunun qalibi "Keşlə"də yeni mövsüm üçün heyətin formalaşdırılması davam edir.

 

Spiortinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi daha 7 futbolçu ilə bağlı qərar qəbul edib. 

 

Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz və Adrian Skarlatake ilə müqavilə 1 il, Sərtan Taşkınla 2 il müddətinə uzadılıb.

 

"Keşlə" daha əvvəl Azər Salahlını "Sumqayıt"dan transfer edib, Fuad Bayramov və Slavik Alxasovla isə müqaviləni yeniləyib. Hələlik komandanı yalnız Məqsəd İsayev tərk edib. O, "Sabah"a yollanıb.  

Tarix: 14 İyun 00:30    Oxunub: 352    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.