Yalnız bu halda komandada qala biləcəyini bildirib: "Gücləndirin"

Fransa millisinin üzvü Antuan Qrizmannla bağlı yeni iddia ortaya atılıb.

 

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçunun “Atletiko”da qalmağa meylli olduğu bildirilib.

 

İddiaya görə, Qrizmann növbəti mövsümdə əsas titullar uğrunda mübarizə apara bilmək üçün rəhbərlikdən komandanın gücləndirilməsini xahiş edib. O, yalnız bu halda komandada qala biləcəyini bildirib.

 

“Atletiko”nun Fransa millisinin üzvü Toma Lemarı transfer etməsi də məhz bu amillə əlaqələndirilir. Hazırda “Barselona”nın da transfer gündəmində olan Qrizmannın yekun qərarını dünya çempionatından sonra açıqlayacağı gözlənilir.

Tarix: 13 İyun 21:00    Oxunub: 291    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.