Super Liqa klubu serbiyalı yarımmüdafiəçi gətirdi

"Yeni Malatyaspor” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı yarımmüdafiəçi Daniyel Aleksiçi transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı orta sahə oyunçusu İsveçrənin “Sankt Qallen” klubundan transfer edilib. Onunla 2 illik müqavilə imzalanıb.

 

Karyerasına Serbiyanın “Voyvodina” klubunda başlayan futbolçu İtaliyanın “Cenoa”, Almaniyanın “Qroyter”, Fransanın “Sent-Etyenn” və “Arl-Avinyon” və Polşanın “Lexiya” klublarında da forma geyinib.

 

Aleksiç İsveçrədə 2014/15 mövsümündən top qovurdu. Geridə qalan mövsümdə o, 28 çempionat oyununa çıxıb, 7 qol vurub.

Tarix: 13 İyun 20:48    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.