"Neftçi” 100 min dollara alıb

"Neftçi” bir neçə gün öncə daha bir transferini rəsmiləşdirdi.

 

Dario Federiko ilə 1 illik müqavilə imzalandı.


27 yaşlı braziliyalı hücumçu "ağ-qaralar”ın heyətində 10 nömrəli formanı geyinəcək.

 

Ötən mövsüm "Kəpəz”in heyətində 13 oyunda meydana çıxan və 4 qolun müəllifi olan cənubi amerikalı paytaxt klubunda nə qədər pul qazanacaq? Biz deyək, siz bilin: hər ay 10000 dollar! 


"Sambaçı"nın ağlından əvvəl daha çox məbləğ keçirdi. Hardasa 150 min dollara qədər. Bakılılar uzun sürən danışıqlardan sonra Darionu güzəştə getməyə məcbur edə bildi.

 

Çünki gələn mövsüm özünü yaxşı tərəfdən göstərsə, sözləşməsi 1 il də uzadılacaq (Sportinfo.az).

 

Tarix: 13 İyun 20:36    Oxunub: 1038    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.