2026-cı il dünya çempionatına ev sahibliyi edəcək ölkələr açıqlandı

2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkələr məlum olub.

 

Sportinfo.az xəbər verir ki, 8 il sonra baş tutacaq turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcəklər. 

 

Hər üç Şimali Amerika ölkəsi turniri birlikdə təşkil edəcək. Həmin il təşkil olunacaq dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 qarşılaşma isə finallarda olmaqla cəmi 80 matçın oynanılacaq.

 

Sonuncu dəfə Şimali Amerikada dünya çempionatı 1994-cü ildə ABŞ-da təşkil olunub. Kanada heç vaxt mötəbər turnirə ev sahibliyi etməyibsə, Meksika daha əvvəl 1970 və 1986-cı illərdə iki dəfə mundialı təşkil edib.

Tarix: 13 İyun 19:24    Oxunub: 137    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.