Kamran və 2 dostu uşaqlara master-klass keçdi - FOTOLAR

IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və AFFA-nın birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib.

 

Sportinfo.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, millinin futbolçuları Kamran Ağayev, Ruslan Qurbanov və Cavid İmamverdiyevin apardığı master-klassa 50-dək uşaq qoşulub.

 

Millinin üzvləri uşaqlarla təcrübələrini bölüşüb və onlarla birgə futbol oynayıblar. Sonda master-klassa qoşulan uşaqlara BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu toplar hədiyyə edilib.

 

 

Tədbirin keçirilməsində əsas məqsəd gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkədə aparılan idman siyasətinə dəstək olmaqdı.

 

Tarix: 13 İyun 19:00    Oxunub: 406    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.