İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşdi

"Real"ın sabiq futbolçusu Fernando Yerro İspaniya millisinə baş məşqçi təyin olunub.

 

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu vəzifədə Xulen Lopetegini əvəzləyib.

 

Lopetegi "kral klubu"nun sükanı arxasına keçdikdən sonra İspaniya Kral Futbol Federasiyası onunla 2020-ci ilədək olan müqaviləni pozub.

 

Yerro isə əvvəllər federasiyanın idman direktoru vəzifəsində çalışıb. Bu gün o, milli komanda ilə ilk məşqinə çıxıb.

 

İspaniya millisi Rusiyada keçiriləcək dünya çempionatında Portuqaliya (15 iyun), İran (20 iyun) və Mərakeşlə (25 iyun) eyni qrupda mübarizə aparacaq. 

Tarix: 13 İyun 17:00    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.