AFFA icra başçısını aldadıb - “Kəpəz”ə söz veriblərmiş ki…

“Kəpəz” yenidən dağılmaq ərəfəsindədi. Artıq Gəncə klubunda ixtisarlara start verilib.

 
Sportinfo.az
xəbər verir ki, Premyer Liqada qalmayacağı dəqiqləşən komanda strategiyasını diviziona uyğun qurur.

 

Bu səbəbdən klubun bütün yaş qrupları buraxılıb. 9 uşaq komandası, əvəzedici heyət bundan sonra klub tərəfindən maliyyələşməyəcək. Bu kollektivlərin məşqçiləriylə müqavilələrə iyunun 1-dən birtərəfli şəkildə xitam verilib.
 
Təbii ki, bu, son 3 ildə formalaşdırılan uşaq komandalarının məhvinə, istedadların bir qisminin futbolu atmasına səbəb olacaq.

 

Fürsətdən istifadə edən digər klublar “Kəpəz”in bacarıqlı yetirmələrini öz düşərgələrinə daşıyır. “Qəbələ”, “Sumqayıt”, “Qarabağ” və Bakı klubları üzdə olan yeniyetmələri heyətlərinə qatmaqdadı.


Əsas komandanın taleyinə isə aydınlıq gəlməyib. Gələn həftə bu məsələyə də nöqtə qoyulacaq və Yunis Hüseynovla köməkçilərinin aqibəti bəlli olacaq. Çox güman ki, onlar divizionda komandanın başında saxlanmayacaqlar.
 
Ümumiyyətlə, AFFA “Kəpəz”dən əlini birdəfəlik çəkib. Hətta kollektiv mayın maaşını da almayıb. Assosiasiya bəhanə edərək maaşın yalnız müəyyən faizini ödəyəcəyini bildirib, tam məbləği isə ödəmək niyyətində deyil. Elə bu məsələ də qarşıdakı günlərdə tam aydınlaşacaq.


Gəncənin icra başçısı Elmar Vəliyev isə AFFA-ya hiddətlənib. Ona yaxın çevrə iddia edir ki, federasiya Premyer Liqa ilə bağlı məsələdə şəhər rəhbərinə yalan vəd verib.

 

Belə ki, onlara «narahat olmayın, «Kəpəz» gələn il də güclülər dəstəsində oynayacaq» deyilib. Vaxt-vədə yetişəndə isə məlum olub ki, bu, sadəcə, sözüymüş.

 

Halbuki Vəliyev elitada qalan kluba maliyyə dəstəyini artırmağa hazırlaşırmış. İndi isə o, «Kəpəz»in ümumiyyətlə fəaliyyət  göstərməsində maraqsızdı,

Tarix: 13 İyun 16:24    Oxunub: 591    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.