Dizaltı vətəri zədələndiyi üçün DÇ-2018-dən kənarda qaldı

2018-ci il dünya çempionatında iştirak edəcək Meksika millisinin heyətində dəyişiklik edilib.

 

Sportinfo.az xəbər verir ki, dizaltı vətəri zədələndiyi üçün Dieqo Reyes heyətdən çıxarılıb.

 

Portuqaliyanın “Portu” klubunun formasını geyinən 26 yaşlı müdafiəçini Meksika “Paçuka”sının yarımmüdafiəçisi Erik Qutyerres əvəzləyib.

 

Mudialın oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. F qrupunda yer alan Meksika millisi iyunun 17-də Moskvada Almaniya, iyunun 23-də Rostov-Donda Cənubi Koreya, iyunun 27-də isə Yekaterinburqda İsveçlə qarşılaşacaq.

Tarix: 13 İyun 16:12    Oxunub: 150    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.