"Neftçi"yə gələn iddia etdi: "Çempionluq uğrunda mübarizə aparacağıq" - VİDEO

“Neftçin”in uzun illərdir Azərbaycan futbolunun flaqmanı olması heç kimdə sirr deyil.

 

Böyük tarixə, çoxsaylı titullara malik kluba keçdiyim üçün qürur duyuram.

 

Ümid edirəm ki, uğurların davamını birlikdə gətirəcəyik”.

 

 

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Rəşad Eyubov klubun telekanalına deyib.

 

Ötən mövsüm “Sumqayıt”da çıxış etmiş Rəşad Eyubov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb. 26 yaşlı vunderkind bildirib ki, yeni komandasında rəqabətdən qorxmur:

 

“Rəqabətdən qorxmaq ən azı qeyri-peşəkarlıqdır. Buna görə də qorxmuram. Əksinə, daha yaxşı olmaq üçün rəqabətin olmasını istəyirəm. Bunun yalnız faydası var”.

 

R.Eyubov “Neftçi” azarkeşlərindən söz açıb və onlara müraciət edib. O, çempionluq uğrunda mübarizə aparacaqlarını bildirib:

 

"Neftçi"nin necə yaxşı azarkeş ordusunun olduğunu hamı bilir. Əvvəl çıxış etdiyim klublarda "Neftçi"yə qarşı oynayanda onların doğma komandalarını oyunboyu necə çılğınlıqla dəstəklədiklərini qeyd edirdim.

 

Azarkeşlərdən istəyim budu ki, növbəti mövsümdə də dəstəklərini əsirgəməsinlər. Biz bir ailə olub, yüksək hədəflərə çatmalıyıq. Əminən ki, çempionatda qarşıya ən yüksək hədəf qoyulacaq və biz çempionluq uğrunda mübarizə aparacağıq”.

 

Tarix: 13 İyun 15:36    Oxunub: 263    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.