DÇ-nın startına bir gün qalmış İspaniyanın baş məşqçisi qovuldu

İspaniya millisinin baş məşqçisi Xulen Lopetegi dünya çempionatının startına bir gün qalmış tutduğu postdan qovulub. 

 

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib.

 

Rubiales belə bir qərarı verməyə məcbur olduqlarını bildirib: "Lopetegiyə uğurlar arzulayırıq. İspaniya yığması nəyə nail olsa, onun işinin əməyi olacaq".

 

Son dünya çempionu DÇ-2018-də ilk görüşünü iyunun 15-də Portuqaliyaya qarşı keçirəcək. Lopetegi yığmaya 2016-cı ildən rəhbərlik edirdi. 

 

İyunun 12-də "Real Madrid" klubu yeni baş məşqçisinin Xulen Lopetegi olacağını açıqlayıb. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. 

Tarix: 13 İyun 15:24    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.