Bakı sorğuda ikinci yeri tutdu: 12 %

"Bakı Şəhər Halqası" yarışların keçirilməsi üçün ikinci ən maraqlı tras seçilib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə "Formula-1"in xüsusi tətbiqində fanatlar arasında keçirilən sorğunun nəticələrində bildirilir.

 

Məlumata əsasən, hələlik 1600 nəfərin qatıldığı sorğuda fanatlar Belçikanın "Spa Frankoşam" trasını yarışları üçün ən maraqlı məkan kimi qeyd ediblər. Bu trasa fanatların 40%-i səs verib.

 

Azərbaycan Qran-prisinin keçirildiyi Bakı Şəhər Halqası sorğuda 12 % səslə ikinci yeri tutub. Böyük Britaniyanın "Silverstoun" trası isə 8% göstərici ilə üçüncü olub. Əvəzində Rusiyanın "Sochi Autodrome" trası 1 səs belə qazanmayıb və sonuncu yerdə qərarlaşıb.

 

Tarix: 13 İyun 14:48    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.