Türkiyə millisinin yarımmüdafiəçisi İspaniya klubunda

"Trabzonspor"un yarımmüdafiəçisi Okay Yokuşlu karyerasını İspaniya La Liqasında davam etdirəcək.

 

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu "Selta" ilə razılığa gəlib.

 

Türkiyəli futbolçu Viqo klubu ilə müqavilə imzalamaq üçün İspaniyaya yollanıb. O, tibbi müayinədən keçdikdən sonra sözləşməyə imza atacaq.

 

Okay 2015-ci ildə Türkiyə millisinə dəvət alır. O, 2015-ci ildə "Kayserispor"dan "bordo mavililər"ə keçmişdi. Gənc futbolçu bu mövsüm Super Liqada 30 matçda 2 qol və 3 asistlə yadda qalıb.

Tarix: 13 İyun 13:48    Oxunub: 274    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.