Bundesliqada klubunu dəyişdi: Tərəflər arasında 4 illik müqavilə

Geridə qalan mövsümdə Almaniya Bundesliqasında bürünc medallara sahib çıxaraq Çempionlar Liqasında oynamaq hüququ qazanan “Hoffenhaym” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, sözügedən klub Münhenqladbax “Borussiya”sından yarımmüdafiəçi Vinçentso Qrifonu transfer edib.

 

Bu barədə onun yeni klubu məlumat yayıb. Tərəflər arasında 4 illik müqavilə imzalanıb. İtaliyalı futbolçu əvvəllər də “Hoffenhaym”da çıxış edib.

 

O, 2012-ci ildən 2014-cü ilə qədər bu klubun şərəfini qoruyub. Son mövsümdə isə o, “Borussiya”nın heyətində 18 matça çıxıb.

Tarix: 13 İyun 13:36    Oxunub: 187    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.