PFL 3 komandanın bütün xərclərini öz üzərinə götürdü

Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi Naxçıvan Kuboku keçiriləcək.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının (PFL) birgə təşkilatçılıq edəcəyi yarışda 4 komanda qalib adı uğrunda mübarizə aparacaq.


Turnirin ötənilki qalibi MOİK eləcə də “Araz Naxçıvan, “Zaqatala” və “Şüvəlan” yarışda işirak edəcək. Açılış oyunu 13 iyunda reallaşacaq yarışa 15 iyun Qurtuluş günündə yekun vurulacaq.

 

Turnir zamanı ən çox xal toplayan komanda kuboka və qızıl medullara sahib çıxacaq. Yekunda 2 və daha artıq komandanın xalları bərabər olarsa, turnirin reqlamentinə əsasən qalib müəyyən olunacaq.


Ötən gün isə Şərur Olimpiya Kompleksində turnirin püşkatma mərasimi keçirilib. Püşkatmada Peşəkar Futbol Liqasının nümayəndələri ilə yanaşı klub rəsmiləri də iştirak ediblər.

 

Sportinfo.az-ın məlumatına görə, Naxçıvana yollanan hər üç komandanın bütün səfər xərclərini PFL öz üzərinə götürüb.

 

13 iyun

MOİK – “Şüvəlan”
Naxçıvan şəhər stadionu, 11:00

“Zaqatala” – “Araz Naxçıvan”
Naxçıvan şəhər stadionu, 17:30

 

14 iyun

“Şüvəlan” – “Araz Naxçıvan”
Naxçıvan şəhər stadionu, 11:00

MOİK – “Zaqatala”
Naxçıvan şəhər stadionu, 17:30

 

15 iyun

“Zaqatala” – “Şüvəlan”
Naxçıvan şəhər stadionu, 11:00

“Araz Naxçıvan” – MOİK
Naxçıvan şəhər stadionu, 18:30

Tarix: 13 İyun 10:12    Oxunub: 545    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.