Dünya çempionatının açılış matçının hakimləri müəyyənləşdi

Rusiya və Səudiyyə Ərəbistanı arasında keçiriləcək dünya çempionatının açılış oyununa hakim təyinatları açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, ilk qarşılaşma argentinalı referi Nestor Pitanaya tapşırılıb.

 

Ona həmyerliləri Xuan Pablo Bellati və Ernan Maydana yan xətt hakimləri kimi yardımçı olacaqlar. Ehtiyat hakim isə braziliyalı Sandro Riççi təyin edilib.

 

Dünya çempionatında ilk dəfə hakimlərə videoyardım sistemi (VAR) çalışacaq. Videohakimlər briqadasına italiyalı Massimiliano İrrati, həmyerlisi Daniele Orsato, argentinalı Mauro Vilyano və Çilidən olan Karlos Astroza daxil edilib.

 

İyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Tarix: 13 İyun 13:00    Oxunub: 129    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.