"Neftçi"nin sponsorunu tapdıq - Pul gələcək, pul!

Sportinfo.az-ın mayın 29-da verdiyi özəl xəbər doğrulandı (). Bəli, məşhur türk şirkəti "Neftçi"nin sponsoru olacaq.


"Türk Hava Yolları" (THY) Bakı klubu ilə müqavilə imzalayacaq.

 

THY titul sponsoruna çevrilməyəcək. Komandanın məşq formalarında və stadionda reklamları olacaq. İyulun əvvəllərində böyük təqdimat mərasimi keçiriləcək və orda mətbuata geniş məlumat veriləcək.


"Türk Hava Yolları" dünyanın ən böyük hava yolu şirkətlərindən biridi. 20 may 1933-cü ildə qurulub. İl ərzində 65-70 milyon sərnişin daşıyan şirkətin 50 mindən artıq işçisi var. 


İllik xalis gəliri 3-3,5 milyard dollardı. "Azərbaycan Hava Yolları" (AZAL) ilə də ortaq uçuşları olan türk şirkəti Türkiyə millisi, "Qalatasaray", "Beşiktaş", "Trabzonspor", "Bursaspor", İspaniyanın "Barselona", Bosniya və Herseqovinanın "Sarayevo", ABŞ-ın "İndi Eleven", həmçinin bir neçə qolf, basketbol, bu hokkeyi, at yarışları, üzgüçülük, Amerikan futbolu, reqbi, velosiped yığma və klubları ilə sponsorluq müqaviləsi var.


Bu nəhəng şirkətlə Bakı klubu arasında iyunun əvvəlində niyyət protokolu imzalanıb. Tərəflər arasında münasibətlər 2015-dən ildən yaranıb. Həmin vaxt klubun icraçı direktoru Elnur Məmmədovla görüşən THY-nin Bakı ofisinin rəhbəri Seyfullah İlyas gələcək əməkdaşlıq planlarını müzakirə etmişdilər.


THY 5 dəfə Avropa qitəsinin ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb. Hazırda şirkət 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edir.

 

“Barselona”, “Mançester Yunayted”, “Şaxtyor” (Donetsk) kimi nəhəng klublara sponsorluq etmiş “Türk Hava Yolları” hazırda “Borussiya” (Dortmund) və “Marsel”lə əməkdaşlıq edir.

 

Məşhur aviaşirkət basketbol üzrə Avropa qitəsinin ən nüfuzlu klub turniri olan Avroliqanın da rəsmi sponsorudu.

Tarix: 13 İyun 10:48    Oxunub: 553    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.