Millimizin hücumçusunun karyerasında yeni era: "Qururlanıram ki…”

“Qürurla bəyan edirəm ki, növbəti mövsümdə “Eştoril”də çıxış edəcəyəm.
 

Bu, karyeramda yeni addım və çağırışdı”.

 

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Portuqaliyanın "Eştoril" klubuna keçidini şərh edərkən deyib.

 

Almaniya və Azərbaycan vətəndaşlığına malik 19 yaşlı hücumçu sabiq klubu, yetirməsi olduğu “Ayntraxt”a da təşəkkür edib.

 

2017/2018 mövsümündə "Eştoril" Portuqaliya çempionatında 34 oyundan 30 xalla sonuncu yeri tutaraq aşağı liqaya enib.

 

Bununla əlaqədar komandada baş məşqçi dəyişikliyi olub. Ötən gündən komanda 32 yaşlı Luiş Freyreyə tapşırılıb.

 

Dadaşov Azərbaycanın əsas millisi ilə yanaşı, 21 və 20 yaşadək futbolçulardan ibarət yığmalarına da dəvət alır. 

Tarix: 13 İyun 11:00    Oxunub: 399    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.