"Bütün bu faktlar Azərbaycanda qalmaq qərarıma əsas verdi”

“Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimov vətənində müsahibə verib.

 

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis arxada qalan mövsümdən və gələcək planlarından danışıb:

 

“Mən gələndə komandanı 1-ci diviziona eniş zonasından cəmi bir addım ayırırdı və Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdılar. Bu səbəbdən, 6-cı yeri çempionatın müsbət sonluğu kimi qiymətləndirmək olar.

 

Mövsümün ikinci yarısında çox layiqli çıxış etdik və topladığımız xallarla çempionatın 3 ən yaxşı komandasından biri olduq.

 

Azərbaycan Kubokunda da finala qədər irəliləmişdik və heç kim titulun bir addımlığında dayanmaq istəmirdi.

 

Mövsümün ikinci yarısındakı çıxışımız bizə ümid və yüksək yerlər uğrunda mübarizə perspektivi verdi. Biz də mütləq buna can atacağıq”. 

 

Maksimov açıqlamasında iyunun 20-də Bakıya qayıdacağını və “Keşlə” ilə yeni müqavilə bağlayacağını da bildirib:

 

“Azərbaycan çempionatının başa çatmasına bir ay qalmış klub prezidenti tərəfindən komandada işimi davam etdirməklə bağlı təklif gəldi. Biz bütün sualları müzakirə etdik və ortaq məxrəcə gəldik. Nəticədə “Keşlə”də qalmağa razılaşdım.

 

İyunun 20-də Azərbaycana dönəcəyəm. Bundan sonra daha bir mövsümlük müqaviləni rəsmiləşdirəcəyik.

 

"Keşlə" Avropa Liqasının təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Bu da gənc komandamız üçün böyük çağırışdır. Bütün bu faktlar Azərbaycanda qalmaq qərarıma əsas verdi”.

Tarix: 13 İyun 13:24    Oxunub: 427    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.