"Onun arxasınca düşən klub çox idi, ancaq bizi seçdi”

“Monako” “Anderlext”in gənc futbolçusu Eliot Matazonu transfer edib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə “Knyazlıq klubun”un rəsmi saytı məlumat yayıb.

 

16 yaşlı istedadlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Matazo Belçika klubunun gənclər komandasının kapitanı olub.

 

“Monako”nun vitse-prezidenti və baş direktoru Vadim Vasilyev onun haqda xoş sözlər deyib: “Matazonun transferi onu göstərir ki, klubumuzun qapısı Avropada olan istənilən istedadlı futbolçu üçün açıqdı.

 

Onun arxasınca düşən klub çox idi. Ancaq futbolçu bizi seçdi və burda inkişaf edəcəyinə inandı”.

 

Matazo da “Monako”nun oyunlarını izlədiyini bildirib: “Mənim üçün unudulmaz gündü. Heyətində böyük ulduzlar olan “Monako”nu həmişə izləyirdim.

 

“Anderlext”in bütün yeniyetmə və gənc komandalarında demək olar, kapitan olmuşam və bu illərdə çox şey öyrənmişəm. “Monako”da inkişaf etmək üçün var gücümlə çalışacam”.

 

Tarix: 13 İyun 09:48    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.