"Qəbələ": İcarədə olanlar geri döndü, Qurbanov işə başladı

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarına start verib. 

 

Sportinfo.az klubun saytına istiniadən xəbər verir ki, qarşıdakı mövsümdə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib. 

 

Komanda ilk məşqini doğma stadionda gerçəkləşdirib. Öncə fitnes zalında fiziki hazırlıq keçən futbolçular ardınca meydanda toplu çalışmaları yerinə yetirib.

 

Baş məşqi Sənan Qurbanovun rəhbərliyi ilə keçən məşq prosesində “Kəpəz”də icarə müddəti başa çatan Roman Hüseynov da iştirak edib.

 

“Sumqayıt”dan qayıdan Bəhlul Mustafazadə, həmçinin U-21-in düşərgəsindən dönən digər futbolçular hazırlıq prosesinə iyunun 14-də qoşulacaq. Onlar kimi əsas millinin üzvləri də bugünkü hazırlıq prosesinə qatılmayıblar.

 

iyunun 18-dək Qəbələdə hazlrlıq keçəcək “qırmızı-qaralar” ayın 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.

Tarix: 13 İyun 09:24    Oxunub: 332    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.