Fransa klubu Ranyerinin yerinə portuqalıyalını gətirdi

Fransanın “Nant” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, “Nant"ı bundan sonra portuqal mütəxəssis Migel Kardoso çalışdıracaq.

 

Bu barədə məlumatı klubun prezidenti Valdemar Kita verib. Kardoso ötən mövsümü Portuqaliyanın “Riu Ave” klubunda keçirib. Komanda Portuqaliya çempionatını 5-ci yerdə başa vurub.

 

“Nant” əvvəlki baş məşqçisi Klaudio Ranyeri ilə əməkdaşlığı mayın 17-də bitirmişdi. Komanda başa çatan mövsümdə Fransa çempionatında 10-cu yeri tutub.

Tarix: 13 İyun 09:00    Oxunub: 131    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.