AFFA-dan 3 adam DÇ-2026-nın təşkilatçısını seçəcək

AFFA rəhbərliyi Rusiyanın paytaxtı Moskvada işə başlayan FIFA-nın 68-ci konqresinə qatılacaq.

 

Sportinfo.az xəbər verir ki, milli assosiasiyanın rəsmi saytının məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.

 
Konqresdə 2026-cı il dünya çempionatının təşkilatçısı açıqlanacaq. İddiaçılar Mərakeş və Kanada - Meksika - ABŞ triosudur. DÇ-2026-da ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq.
 
Konqres iştirakçıları Rusiyada keçiriləcək dünya çempionatına hazırlıqla bağlı son nüansları da müzakirə edəcəklər.
 
Eyni zamanda, yaxın illərdə keçiriləcək yarışların təşkilat komitələrinin hesabatları dinləniləcək.
 
Konqres qarşısında FİFA-nın müxtəlif komitələrinin rəsmiləri çıxış edəcəklər. Habelə, 2019 - 2022-ci illər üçün FİFA-nın büdcəsi müzakirə olunacaq. Növbəti Konqres 5 iyun 2019-cu ildə Fransanın paytaxtı Parisdə planlaşdırılır.
Tarix: 13 İyun 08:24    Oxunub: 183    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.