İlin məşqçisi Çempionşipdə

Ötən mövsümün sonunda İngiltərə Premyer Liqası ilə vidalaşan “Suonsi”nin baş məşqçi postunda dəyişiklik olub.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı Karluş Karvahalla yollarını ayıran klub rəhbərliyi onun yerinə Qrem Potteri gətirib.

 

47 yaşlı ingilis mütəxəssislə 3 illik müqavilə imzalanıb. Köməkçiləri - Billi Rayd və Kayl Makoley də onunla birlikdə “Suonsi”yə gəlib.

 

Potter 7 il (2011-ci ildən) “Ostersund”u çalışdırıb və komandanı 4-cü diviziondan İsveçin yüksək liqasına çıxarıb. O, 2017-ci ildə İsveçdə ən yaxşı məşqçi seçilib.

Tarix: 13 İyun 08:12    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.