O, “Real”ın sükanı arxasına məhz mundialdan sonra keçəcək

İspaniya çempionu “Real”ın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi bir neçə gün öncə istefa vermiş Zinəddin Zidanı Xulen Lopeteqi ilə əvəz edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniya millisinin baş məşqçisi olan Lopeteqi hazırda Rusiyada keçiriləcək dünya çempionatında iştiraka hazırlaşır.

 

O, “Real”ın sükanı arxasına məhz mundialdan sonra keçəcək. 51 yaşlı mütəxəssis “Real”la 3 illik anlaşma əldə edib. Lopeteqi 2016-cı ildən İspaniya yığmasını çalışdırır.

Tarix: 13 İyun 08:00    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.