Zidan: "Real"dan Fransa millisinə görə ayrılmamışam"

"Real"ın baş məşqçisi postundan istefa verən Zinəddin Zidan açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, o, Fransada qatıldığı bir televiziya proqramında fikirlərini bölüşüb.

 

Zidan "kral klubu"ndan Fransa millisinə görə ayrılmadığını deyib: "Hazırda önəmli olan mövzu Fransa milli komandasının uğurudur. Dünya çempionatından sonra bəzi fikirləri açıq şəkildə ifadə edə bilərik.

 

İndi tək söyləyəcəyim şey "Real"dan Fransa millsini çalışdırmaq üçün ayrılmadığımdır. Rusiyada mübarizə aparacaq komandanın yaxşı nəticələr qazanacağını düşünürəm. Dünya çempionatındakı ikinci zəfərimizi qazana bilərik".

Tarix: 13 İyun 00:50    Oxunub: 184    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.