“Mənsiz keçən dünya çempionatı əsl çempionat deyil”

“Los-Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimoviç FİFA-nın saytına DÇ-2018-lə bağlı danışıb.

 

Sportinfo.az xəbər verir ki, isveçli futbolçu özünün iştirak etmədiyi çempionatın əsl çempionat olmadığını iddia edib.

 

O, mundialı izləmək üçün Rusiyaya gələcəyini də bildirib: “Aydındı, mən yığma komandada olmayacam. Dörd il əvvəl də deyirdim,

 

indi də deyirəm, mənsiz keçən dünya çempionatı əsl çempionat deyil. Ciddiyəm. Ancaq bütün hallarda, Rusiyaya gedəcəm və hadisələrin tam mərkəzində olacam.

 

Rusiyaya səfərdən nə gözləyirəm? İnanılmaz təəssürat. Rusiya böyük ölkədi. Sevinirəm ki, çempionat məhz bu ölkədə keçirilir. Orda baş verənləri mütləq izləməliyəm. Bunu əldən buraxa bilmərəm”.

Tarix: 13 İyun 00:40    Oxunub: 243    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.