“Beşiktaş”ın prezidenti Quti ilə şəxsən danışıq aparır

“Real”ın sabiq futbolçusu Quti İstanbula qayıda bilər.

 

Sportinfo.az xəbər verir ki, bir müddət “Beşikatş”ın da şərəfini qoruyan Quti bu klubdan təklif alıb.

 

“Qartallar”ın rəhbərliyi Qutinin məşqçilər korpusunda çalışmasını istəyir. Məlumata görə, “Beşiktaş”ın prezidenti Fikrət Orman onunla şəxsən danışıq aparır. Ona baş məşqçi Şenol Günəşin köməkçisi vəzifəsi təklif olunub.

 

Quti ötən mövsüm “Real”ın gənclər komandasında çalışıb. Ancaq mətbuatda yayılan məlumatda bildirilir ki, o, “Real”ı tərk etmək niyyətindədi. Quti “Beşiktaş”da 2010-2011-ci illərdə çıxış edib. O, “Real”ın heyətində 3 dəfə Çempionlar Liqasının qalibi olub.

Tarix: 13 İyun 00:10    Oxunub: 250    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.