“Qarabağ” indi qadınların Azərbaycan çempionatlnda yarışacaq

Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatlarının başlama tarixində dəyişiklik edilib. Həndbol Federasiyasından apasport.az-a verilən məlumata görə, uzun fasilədən sonra gərgin mübarizə vəd edən yarış fevralın 16-da start götürəcək.
 
Belə ki, qurum öncə çempionatın fevralın 17-də keçirilməsini açıqlasa da, qeyri-müəyyən səbəbə görə tarixi dəyişib. Qərara alınıb ki, fevralın 16-da start götürəcək yarış ayın 19-da başa çatdırılsın. Çempionatın açılış mərasimi isə ilk turun oynanılacağı gün saat 13:30-da olacaq.
 
Sportinfo.az xəbər verir ki, birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.  

Tarix: 14 Fevral 09:48    Oxunub: 165    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 İyun 2017
28 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.