FOTO: Ceyhun Sultanov – 39!

12 iyun «Neftçi»nin idman direktoru Ceyhun Sultanovun həyatında özəl gündü.

 

Tanınmış klub funksionerinin bu gün 39 yaşı tamam olur.

 

1979-cu ildə anadan olan Sultanov 1997/1998 mövsümündə “Neftçi”də çıxış edib. O, “Fərid” (1996-1997), “Dinamo” (1998-2001), “Maşinsazi” (Təbriz, 2003-2004), “Bakı” (2004-2007), “Xəzər Lənkəran” (2007-2010), “Kəpəz” (2010-2012), “Sumqayıt” (2012), “Qəbələ” (2013) klublarında da çıxış edib.

 

Ceyhun Sultanov Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

 

39 yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi (2013-2014), “Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib. 2018-ci ilin fevralından “Neftçi”nin idman direktorudur.

 

Sportinfo.az saytının kollektivi bu münasibətlə Ceyhun bəyi təbrik edir, ona şəxsi həyatında və işlərində uğurlar arzulayır.

Tarix: 12 İyun 21:00    Oxunub: 436    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.