ÇL-da “Qarabağ”ın potensial rəqibləri üçün püşk atıldı

Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb. 

 

Sportinfo.az xəbər verir ki, püşk nəticəsində 4 komandanın iştirakı ilə Cəbəllütariqdəki "Viktoriya" stadionunda keçiriləcək mini-turnirin yarımfinal mərhələsinin tərkibi müəyyənləşib. 

 

“Santa Koloma” (Andorra) - “Drita” (Kosovo)

“La Fiorita” (San-Marino) - “Linkoln” (Cəbəllütariq)

 

Bu komandalardan yalnız biri növbəti mərhələyə vəsiqə qazanacaq. İyulun 26-da yarımfinal görüşləri, iyunun 29-da isə final matçı olacaq.

 

Qalib I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Həmin klub Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibinə çevriləcək. Məğlub komandalar isə Avropa Liqasının II təsnifat mərhələsinə yollanacaq. 

 

Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində “böyük beşlik” klubları iştirak etməyəcək.

Tarix: 12 İyun 16:24    Oxunub: 236    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.