"Qarabağ" hazırlıqlara legionerlərsiz başlayacaq

"Qarabağ" bu gün "Azərsun Arena"da bir araya gələrək növbəti mövsümün hazırlıqlarına start verəcək.

 

Sportinfo.az xəbər verir ki, ilk məşqdə Ağdam təmsilçisinin legionerləri iştirak etməyəcəklər.

 

Həmçinin yoldaşlıq oyunları üçün milli komandaların düşərgəsində olan oyunçular da hələlik hazırlıqlara qatılmayacaqlar. 

 

"Qarabağ" iyunun 20-də Avstriyada təlim-məşq toplanışına start verəcək. Komanda toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Ağdam klubu iyunun 23-də Bolqarıstanın "Ludoqorets", iyunun 26-da Avstriyanın "Vakker İnsbruk", iyunun 30-da Suriya milli komandası, iyulun 4-də isə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək. 

Tarix: 12 İyun 15:48    Oxunub: 193    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.