Qurbanov - "Neftçi”nin əvəzedicilərinin yeni baş məşqçisi

 "Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyinatı olub. 

 

Sportinfo.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

 

O, bir müddət əvvəl istefaya göndərilmiş Vadar Nuriyevi əvəzləyib.  1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı” klublarının formasını geyinib.

 

"Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb və 1 qola imza atıb. 

 

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. O, UEFA-nın A kateqoriyalı məşqçisidir.

Tarix: 12 İyun 15:36    Oxunub: 250    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.