Millinin təzadlı görüntüsü - Oyun təzadları şübhələrə əsasdı?

Milli Millətlər Liqasına hazırlığın əsas mərhələsini başa vurdu.

 

Bundan sonra Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçi korpusu qəti qərarlarını verməlidi.

 

Çünki məqam yetişib və komandadan yalnız yüksək ruh, coşğu və ən əsası məhsuldar nəticəli oyun gözlənilir.

 

Dünya çempionatının ötən seçmə mərhələsini Robert Prosineçkinin rəhbərliyi altında böyük ümidlərlə başlayıb, məyusluqla bitirən komanda üççün bundan sonra büdrəmək olmaz. Axı indi sükan arxasında yerli futbolun yetirməsi yer alır.

 

Uzun illərdən sonra ilk dəfə öz mütəxəssisinə qovuşan kollektivdən indi yalnız yüksəliş gözlənilir. Hələ onu da qeyd edək ki, 2020-ci ilin qitə çempionatının final mərhələsinin oyunları da Bakıda keçiriləcək.


Toplanış çərçivəsində Qırğızıstana (3:0) qalib gəlib, eyni hesabla Qazaxıstana yenilən futbolçularımızı Riqada 3:1 hesablı qələbəyə sevinib. Qurban Qurbanovun rəhbərliyi altında 6-cı sınağına çıxan millimiz tarixində 4-cü dəfə Latviya ilə üz-üzə gəlib.


Baltik təmsilçisi ilə bundan əvvəlki hər 3 görüş Riqada, yoxlama görüşü çərçivəsində olmuşdu. Rəqiblər 1997 və 2002-ci ildə 0:0, 2004-cü ildə isə 2:2 hesablı bərabərliklə kifayətləniblər.


14 il əvvələ təsadüf edən son dueldə yığmamızın ikinci qoluna penaltidən məhz Qurban Qurbanov imza atıb. Bu, həm də onun milli karyerasında sonuncu qolu olub. 


Komandamız Qurbanovun rəhbərliyi altında ilk səfər qalibiyyətini əldə edərək, həm də heç-heçə seriyasına son qoyub.


Ötən iki yoldaşlıq oyunu və bundan əvvəlki Qırğızıstanla görüşü təhlil etsək, hələlik ortada ciddi dönüşün olmadığını müşahidə etmək mümkündü. Xüsusən Astana və Riqa səfərləri bir-birinə təzad təşkil edən iki matçı ortaya qoydu.


VÜQAR


Qazaxıstan – Azərbaycan 3:0 (2:0)
5 iyun. Astana. «Astana Arena» stadionu.
Hakimlər: Aleksandr Tyan - Andrey Bodyan və Viktor Mardar - Dmitri Muntyan (Moldova).
Qol: Murtazayev, 12, Mujikov, 14, Zaynutdinov, 90.
Sarı vərəqə: Tunqışbayev, 48, Jukov, 90//Xəlilzade, 35.
Azərbaycan: Kamran Ağayev, Ruslan Abışov (Rahil Məmmədov, 73), Təmkin Xəlilzadə, Maksim Medvedev (kap.), Qara Qarayev, Cavid Hüseynov (Cavid İmamverdiyev, 63), İlqar Qurbanov (Ürfan Abbasov, 46), Araz Abdullayev (Namiq Ələsgərov, 63), Mahir Mədətov, Dmitri Nəzərov (Coşqun Diniyev, 46), Ruslan Qurbanov (Ramil Şeydayev, 72). Baş məşqçi: Qurban Qurbanov.
Qazaxıstan: Nenad Eriç, Abzal Beysebekov, Sergey Malı, Yevgeni Postnikov, Dmitri Şomko (kap.; Qafurcan Suyumbayev, 52), Baurjan İslamxan (Yan Voroqovski, 89), İslambəy Kuat (Yuri Loqvinenko, 68), Serikjan Mujikov (Baxtiyer Zaynutdinov, 64), Roman Murtazayev, Yerkebulan Tunqışbayev (Georgi Jukov, 53), Aleksey Şetkin (Baurjan Turusbek, 82). Baş məşqçi: Stanimir Stoylov.

 

Latviya – Azərbaycan 1:3 (0:1)
9 iyun. Riqa. «Dauqavas» stadionu.
Hakimlər: Denis Şerbakov - Yuri Xomçanka və Andrey Xetsikov - Aleksandr Anufriyev (Belarus).
Qol: Uldrikis, 90+4//Medvedev, 20, İmamverdiyev, 57, Mahmudov, 63.
Sarı vərəqə: Rugins, 30, Kameşs, 65//İmamverdiyev, 71. 
Latviya: Yevgenis Neruqals, Vitalis Maksimenko, Aleksandrs Fertovs (Dmitris Xmits, 75), Kaspars Dubra (kap.), Vladislavs Qabovs, Ritvars Rugins (Qlebs Klyuşkins, 46, Roberts Savalniens, 88), İqors Tarasovs, Yanis İkaunieks, Kristian Damyan Torres (Vladimirs Kameşs, 46), Arturs Karaşauskas (Alekseys Vişnyakovs, 68), Valeris Şabala (Roberts Uldrikis, 68). Baş məqçi: Mika-Matti Paatelaynen. 
Azərbaycan: Kamran Ağayev (kap.), Ruslan Abışov (Bədəvi Hüseynov, 81), Maksim Medvedev (Elvin Məmmədov, 46), Pavel Paşayev, Qara Qarayev, Ürfan Abbasov (Təmkin Xəlilzadə, 66), Emin Mahmudov, Araz Abdullayev (Mahir Madatov, 71), Namiq Ələsgərov (Rəhman Hacıyev, 75), Cavid İmamverdiyev (Coşqun Diniyev, 82), Ramil Şeydayev. Baş məşqçi: Qurban Qurbanov.  

Tarix: 12 İyun 19:00    Oxunub: 425    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.