Sənəd problemini həll edən azərbaycanlı futbolçunin bəxtı açıldı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin və Çexiyanın "Slaviya" klubunun üzvü Fərid Nəbiyevin viza problemi həll olunub. 

 

Sportinfo.az xəbər verir ki, artıq gənc oyunçu üçün işçi vizası alınıb.

 

Sabah axşam saatlarında Praqaya yola düşəcək Nəbiyev iyunun 15-dən əsas komanda ilə məşqlərə başlayacaq. 

 

"Slaviya"nın U-21 komandasında çıxış edən digər azərbaycanlı futbolçu Rövlan Muradovun məsələsinə isə aydınlıq gəlməyib. Başqa komandaya birdəfəlik və ya icarə əsasında keçidi gündəmdədi. Məsələyə gələn həftə aydınlıq gələcək. 

 

Fərid Nəbiyev 2017-ci ilin sentyabrından, Rövlan Muradov isə bu ilin fevralından "Slaviya"da çıxış edir. Praqa təmsilçisi Nəbiyevlə 3 illik, Muradovla isə sonradan uzadılma bilməsi şərtilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Tarix: 12 İyun 18:48    Oxunub: 502    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.