Çin şirkətləri DÇ-da reklama 835 milyon dollar xərcləyəcək

Çin şirkətləri Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında reklam işlərinə 835 milyon ABŞ dolları vəsait xərcləyəcəklər.

 

Sportinfo.az xəbər verir ki, bu vəsait ABŞ şirkətlərinin reklam xərclərindən (400 milyon dollar) iki dəfə çoxdu.

 

Ev sahibi Rusiyanın reklam xərcləri 64 milyon dollar təşkil edəcək. Dünya çempionatında məhsulları və xidmətləri reklam olunacaq Çin şirkətləri arasında “Dalian Wanda Group”, texnologiya kompaniyası “Zhidian Yijing Virtual Reality Technology”, məişət avadanlığı istehsalçısı “Hisense Electronics”, mobil telefon cihazları üzrə ixtisaslaşan “Vivo Mobile Communication Technology”, habelə ərzaq və geyim firmaları var.

 

8 il əvvəl Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə dünya çempionatında cəmi bir Çin şirkəti reklam olunurdu.

Tarix: 12 İyun 18:24    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.