DÇ-nin əsas favoriti kimdi? - Ançelottinin maraqlı proqnozu

“Napoli”nin yeni baş məşqçisi Karlo Ançelotti DÇ-2018-lə bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Ançelotti mundialın əsas favortinin hansı komanda olduğu barədə mövqeyini bildirib.

 

O, eyni zamanda DÇ-nin sürpriz komandalarının da hansılar ola biləcəyi barədə versiyasını açıqlayıb: “Hesab edirəm ki, Braziliya yığması DÇ-nin əsas favoritidi.

 

Onların baş məşqçisi Tite güclü komanda formalaşdırmağı bacarıb. Bu komandanın güclü müdafiə xətti var, üstəlik, bu müdafiə xətti inanılmaz hücum potensialına da sahibdi.

 

Ancaq DÇ-nin qalibi Argentina, İspaniya və Almaniya da ola bilər. Mundialın sürpriz komandasının isə Belçika ola biləcəyini düşünürəm.

 

Bu komandanın xeyli futbolçusu Premyer Liqada çıxış edir. Təcrübəli və ustalıq səviyyəsi yüksək olan Xorvatiyanı da qeyd etmək lazımdı”.

Tarix: 12 İyun 17:48    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.