Hüquq müdafiəçiləri etiraz etdil - Kadırovun Salahla görüşünə

Çeçenistan rəhbəri Ramzan Kadırovun Misir yığmasının lideri Məhəmməd Salahla görüşməsi etiraza səbəb olub.

 

Sportinfo.az xəbər verir ki, “Human Rights Watch” təşkilatı Kadırovun Salahla görüşməsinə öz etirazını bildirib.

 

Təşkilat hesab edir ki, Kadırov bu görüşdən şəxsi maraqları naminə yararlanır. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Reyçel Denber məsələ ilə bağlı açıqlama verib:

 

“Kadırov Misir yığmasının Çeçenistandakı bazada qalmasından şəxsi mənafeyi naminə istifadə edir. Bu, yüz faiz gözlənilən idi.

 

O, diqqət mərkəzindədi, amma regionu da amansızcasına idarə edir. Kadırov insan haqlarının müdafiəsi ilə bağlı istənilən fəaliyyəti dağıtmağa cəhd göstərib”.

Tarix: 12 İyun 17:36    Oxunub: 254    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.