"Sumqayıt" növbəti transferini gerçəkləşdirdi - O da tanış simadı

"Sumqayıt" 2018/2019 mövsümü üçün növbəti transferini reallaşdırıb.

 

Sportinfo.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda son olaraq “Kəpəz”də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb.

 

26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Şəhriyar “Bakı”, “Qarabağ” və "Qəbələ" klublarında da çıxış edib.

 

Əliyev Azərbaycanın U-21 və əsas millisinin də şərəfini qoruyub. "Sumqayıt" daha əvvəl Əfran İsmayılov və Elvin Məmmədovu transfer edib.

Tarix: 12 İyun 17:12    Oxunub: 365    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.