AFFA bilsin: "UEFA üzv ölkələrə heç bir təzyiq göstərməyək"

DÇ-2026-ya ev sahibliyi edəcək ölkənin müəyyənləşməsi zamanı Avropanın hansı mövqedən çıxış edəcəyi bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, səsvermə zamanı UEFA vahid blokdan çıxış etməyəcək.

 

Bu barədə məlumatı UEFA-nın prezidenti Aleksandr Çeferin verib: “UEFA üzv ölkələrə heç bir təzyiq göstərməyəcək. Təşkilatın nümayəndələri sərbəst seçim edəcəklər. Biz bir blokda birləşib, vahid mövqedən çıxış etməyəcəyik”.

 

İyunun 12-də Moskvanın “Metropol” otelində UEFA üzvlərinin iştirakı ilə görüş olub. Görüşdə DÇ-2026-ya ev sahibliyi etmək istəyən ölkələrin də təqdimatı baş tutub.

 

Qeyd edək ki, KONMEBOL və KONKAKAF səsvermə zamanı ABŞ, Meksika və Kanadanın ərizəsini dəstəkləyəcəklərini bildiriblər. Afrika və Asiya da vahid mövqe nümayiş etdirməyəcək.

 

DÇ-2026-ya ev sahibliyi etmək üçün ABŞ, Meksika və Kanada birgə ərizə ilə müraciət ediblər. Onların rəqibi Mərakeşdi.

Tarix: 12 İyun 17:00    Oxunub: 185    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.